Vaqif Fətullazadə

Vaqif Fətullazadə

Fətullazadə Vaqif Tahir oğlu 06.01.2000-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. 2018-2022-ci illərdə Azərbaycan Dillər Universitetinin SABAH qruplarında, Xarici dil (İngilis dili) müəllimliyi ixtisası üzrə bakalavr təhsilini fərqlənmə ilə bitirmişdir. Hal-hazırda isə magistratura təhsilini ADPU-nun SABAH qruplarında (ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində) Təlim və tədrisin təşkili və metodikası ixtisasında davam etdirir. 2022-ci ildən Kainat Tədris Mərkəzində Magistratura və Abituriyent hazırlığı üzrə İngilis dili müəllimi kimi fəaliyyət göstərir.