Abdullazadə Aytən

Abdullazadə Aytən

Abdullazadə Aytən Elcan qızı 18 mart 1993-cü ildə Yevlax rayon Yuxarı Salamabad kəndində anadan olmuşdur. 1999-cu ildə Xaldan kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 2010-cu ildə həmin məktəbi bitirmişdir. Həmin ildə Tovuz Dövlət Sosial-İqtisad Kollecinin Maliyyə işi fakultəsinə daxil olmuşdur. 2012-ci ildə həmin kolleci fərqlənmə ilə bitirmişdir. 2013-cü ildə Lənkəran Dövlət Universitetinin Tarix-coğrafiya müəllimliyi fakultəsinə daxil olmuşdur. 2018-ci ildə həmin universiteti bitirmişdir. 2020-ci ikdə Kəlbəcər rayon 85 saylı orta məktəbdə coğrafiya müəllimi kimi işləməyə başlamışdır.
2022-ci ildən Kainat Tədris Mərkəzi Yevlax filialında coğrafiya müəllimi kimi işləməyə başlamışdır. Hazırda işini davam etdirməkdədir.