Tahirə Nəsibova

Tahirə Nəsibova

Nəsibova Tahirə İsa qızı 23 fevral 1959-cu ildə Yevlax şəhərində anadan olmuşdur. 1966-cı ildə 8 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 1976-cı ildən həmin məktəbi fərqlənmə ilə bitirmişdir. 1977-ci ildə Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fakultəsinə daxil olmuşdur. 1982- ci ildə həmin universiteti bitirmişdir. 1982-ci ildən Yevlax şəhər 3 saylı orta məktəbdə azərbaycan dili və ədəbiyyat müəllimi kimi işləməyə başlamışdır. 2018-ci ildən Kainat Tədris Mərkəzinin Yevlax filialında ədəbiyyat müəllimi kimi işləməyə başlamışdır. Hazırda işini davam etdirməkdədir.