Məhərrəmova Sübü

Məhərrəmova Sübü

Məhərrəmova Sübü Fərhad qızı 29 dekabr 1984-cü ildə Neftçala rayonu Pirəbbə kəndində anadan olmuşdur. 1991-2000-ci illərdə Neftçala rayonu M.Babayev adına Pirəbbə kənd əsas məktəbində, 2000-2002-ci illərdə Neftçala rayon R.Əliyev adına tam orta məktəbində oxumuşdur. 2002-2006-cı illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsilini davam etdirmişdir. 2006-cı ildən Neftçala rayon R.Əliyev adına tam orta məktəbdə Riyaziyyat müəllimi kimi çalışır. Həmçinin Kainat Tədris Mərkəzini Salyan filialında müəllim kimi fəaliyyət göstərir.