Məmmədov Eyvaz

Məmmədov Eyvaz

Məmmədov Eyvaz Hümbət oğlu 09.07.1975- ci ildə Azərbaycan Respublikası Salyan rayonunun Arbatan kəndində anadan olmuşdur. 1981-1992-ci illərdə Arbatan kənd tam orta məktəbini bitirmiş, 1992-1997- ci illərdə Bakı Dövlət universitetinin Mexanika Riyaziyyat fakultəsində təhsil almışdır.

1997-ci ildən etibarən Salyan rayon E.Ağayev adına Arbatan kənd tam orta məktəbində Fizika fənni üzrə müəllim kimi işləməyə başlamışdır. 2018-ci ildə Kainat Tədris Mərkəzində Fizika müəllimi olaraq işə qəbul olunmuşdur. Hal-hazırda E. Ağayev adına Arbatan kənd tam orta məktəbində və Kainat Tədris Mərkəzində müəllim kimi fəaliyyət göstərməkdədir.