Dadaşova Mirnərgiz

Dadaşova Mirnərgiz

Mirnərgiz Mircəlal qızı Dadaşova 1995-ci ildə Salyan rayonunda anadan olmuşdur. 2001-2012-ci illərdə Salyan rayonu Yusif Qasımov adına tam orta məktəbində təhsil almışdır. 2012-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilini davam etdirmişdir. 2019-cu ildə Salyan rayonu Seydan kəndi Z.Hüseynov adına orta məktəbdə müəllim kimi fəaliyyət göstərmişdir. 2020-ci ilin sentyabr ayından Kainat Tədris Mərkəzinin Salyan filialında Azərbaycan dili müəllimi vəzifəsində fəaliyyət göstərir.