Həyat Əlişova

Əlişova Həyat Ceyhun qızı 13.01.1997-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 2003-2014-cü illərdə D.Əliyev adına II Şahsevən kənd tam orta məktəbində, 2014-2018-ci illərdə Azərbaycan Dillər Universitetində Xarici dil müəllimliyi (ingilis dili) ixtisası üzrə bakalavr, 2019-2021-ci illərdə Azərbaycan Dillər Universitetində Dilşünaslıq (ingilis dili) ixtisası üzrə magistr təhsili almışdır. 2019-cu ildən Kainat Tədris Mərkəzində İngilis dili müəllimi kimi fəaliyyət göstərir.