Ulduzə Əliyeva

Ulduzə Əliyeva

Əliyeva Ulduzə Bəhruz qızı 14.01.1993-cü ildə Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olmuşdur. 1999-2010-cu illərdə Sumqayıt şəhər 26 saylı orta məktəbində, 2010-2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq Münasibətlər fakültəsində bakalavr, 2015-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsində magistr təhsil almışdır. 2020-ci ildən Kainat Tədris Mərkəzinin Nərimanov və Elmlər filiallarında İnformatika müəllimi vəzifəsində çalışır.