Rəna Babayeva

Rəna Babayeva

Babayeva Rəna İsmayıl qızı 1953-cü ildə Kürdəmir rayonu Dəyirmanlı kəndində anadan olmuşdur. 1970-ci ildə Axundov adına Xarici Dillər İnstitutuna daxil olmuş, 1974-cü ildə təyinatla Kürdəmir rayonununn Köhünlü kəndində İngilis dili müəllimi kimi fəaliyyət göstərməyə başlamışdır. 1979-2020-ci illərdə Kürdəmir şəhər T.İsmayılov adına tam orta məktəbdə ingilis dili müəllimi kimi çalışmışdır. 2021-ci ildən etibarən Kainat Tədris Mərkəzinin Kürdəmir filialında fəaliyyətə başlamışdır.