Maya Babazadə

Maya Babazadə

Babazadə Maya Əjdər qızı 8 may 2000-ci ildə Qəbələ rayonunda anadan olub. 2006-2017-ci illərdə Qəbələ rayon Daşca kənd tam orta məktəbində oxuyub. 2017-ci ildə Xəzər Universitetinin Riyaziyyat və İnformatika müəllimliyi ixtisasına 629 balla qəbul olub. 2022-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib. Təhsil aldığı müddətdə 2019-cu ildən etibarən Kainat Tədris Mərkəzində çalışmağa başlayıb. 2022-ci ildə magistratura səviyyəsi üzrə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Riyazi Analiz ixtisasına qəbul olub. Hazırda təhsilini davam etdirir. Subaydır.