Dəmirova Sevinc

 Dəmirova Sevinc

Dəmirova Sevinc Simran qızı 17.12.1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. 2006-2017-ci illərdə Bakı şəhəri, R.Abidov adına 85 saylı tam orta məktəbdə, 2017-2021-ci illərdə Bakı Dövlət Universitetində Filologiya fakültəsi, Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi ixtisası üzrə bakalavr təhsili almışdır. 2021-ci ildə həmin universitetin Filologiya fakültəsinin Azərbaycan dili və Ədəbiyyatının tədrisi metodikası və metodologiyası ixtisaslaşması üzrə magistratura pilləsinə qəbul olmuşdur. 2021-ci ildən Kainat Tədris Mərkəzində Azərbaycan dili müəllimi vəzifəsində çalışır.