Mustafazadə Venera

 Mustafazadə Venera

Mustafayeva Venera Razim qızı 09.09.1984-cü ildə Tovuz rayonunun Cəlilli kəndində anadan olmuşdur. 1990-2001-ci illərdə Elşad Tağıyev adına Cəlilli kənd tam orta məktəbində təhsil almış, 2001-2005-ci illərdə Azərbaycan Dillər Universitetinin bakalavr pilləsini fərqlənmə diplomu ilə, 2011-2013-cü ildə həmin universitetin magistr pilləsində təhsil almışdır. 2009-2015-ci illərdə Azərbaycan Dillər Universitetində laborant, saathesabı müəllim, 2015-ci ildən müəllim vəzifəsində çalışır. 1 məqalə, 2 elmi tədqiqat işinin müəllifidir. Müxtəlif illərdə treyninqlərdə iştirak etmiş 3 sertifikata və 1 təşəkkürnaməyə layiq görülmüşdür. 2013-cü ilin yanvar ayından Kainat Tədris Mərkəzində Fransız dili müəllimi kimi fəaliyyət göstərir.