Abdullayev Cavid

Abdullayev Cavid

 Abdullayev Cavid Rəfayıl oğlu 1990-cı ildə Zaqatala rayon, Yuxarı Tala kəndində anadan olmuşdur. 1996-cı ildə həmin kənddə şəhid T.Yunusov adına tam orta məktəbə daxil olmuş, 2005-ci ildə ümumi orta, 2007-ci ildə isə tam orta təhsili əla qiymətlərlə başa vurmuşdur. Elə həmin ilin sentyabr ayında Azərbaycan Dövlət Pedoqoji universitetinin Coğrafiya müəllimliyi əyani ixtisasına daxil olaraq, 2011-ci ildə universiteti bitirərək, həmin ilin iyulunda hərbi xidmətə yollanmışdır. 2011 iyul-2012 iyul DSX-də hərbi xidmət keçmiş və 2012-ci ildə Dənizçilik sahəsində qiyabi olaraq ixtisasartırma oxumuşdur. 2012-cü ildən Caspian Mainport LTD şirkətində Matros olaraq 5 il fəaliyyət  göstərmiş, 2016-2018-ci illərdə AHEC MMC-də Keyfiyyət Meneceri olaraq çalışmışdır. 2018-ci ildən isə Coğrafiya müəllimi kimi fəaliyyət göstərir. Hal hazırda Zaqatala Rayon Bazar kənd tam orta məktəbində, Zaqatala Rayon Gözbarax kənd tam orta məktəbində və Kainat Tədris mərkəzində Coğrafiya müəllimi olaraq çalışır.