Qaziyeva Məhəbbət

Qaziyeva Məhəbbət

Qaziyeva Məhəbbət Cəlal qızı 3 oktyabr 1992-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olmuşdur. 1999-cu ildə Zaqatala şəhəri 1 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olunmuş, 2001-ci ildən etibarən orta təhsilini Telman Yunusov adına Yuxarı Tala kənd 2 saylı tam orta məktəbində davam etdirmişdir və 2010-cu ildə həmin məktəbi bitirmişdir. 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialına daxil olmuş və 2014-cü Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsilini başa vurmuşdur. 2017-ci ildən etibarən müxtəlif kurslarda ixtisası üzrə müəllim olaraq fəaliyyət göstərmişdir. 2018-2019-cu illərdə Zaqatala rayonu Cimcimax kənd ümumi orta məktəbində müddətli müqavilə əsasında müəllim kimi çalışmışdır. 2020-ci ilin noyabr ayından etibarən Zaqatala Kainat Tədris Mərkəzində Azərbaycan dili və Ədəbiyyat müəllimi olaraq çalışır.