Müəllimlər üçün Təcrübə Proqramı 2024

Müəllimlər üçün Təcrübə Proqramı 2024

 

Kainat Tədris Mərkəzi müəllimlər üçün Təcrübə proqramı elan edir.

Proqramda hazırda müəllimlik fəaliyyəti ilə məşğul olanlar, pedaqoji ali təhsil almış məzunlar, eyni zamanda institut və universitetlərin bakalavriatura, magistratura və doktoranturasında təhsil alanlar iştirak edə bilər. İştirakçılar təlimlər əsasında təhsilini dərindən mənimsəyəcək, bu istiqamətli dərslərin təşkilində iştirak edəcək, müvafiq təcrübə dərslərini quracaq və tətbiq edəcək, sonda isə qiymətləndirmədən keçərək 2 növ sertifikatdan biri ilə təltif olunacaqlar.

Təcrübə proqramını uğurla bitirən, imtahanda yüksək nəticə göstərən, müsahibə və müşahidələrdə yüksək izlənim göstərən iştirakçılar müdaviminin ixtisasına uyğun vakansiya olarsa, Kainat Tədris Mərkəzində müəllim kimi, Müstəqil Qiymətləndirmə Mərkəzində test tərtibçisi və marker kimi işlə təmin olunma şansı qazanacaqlar.

İştirakçılar bütün təcrübə prosesində qiymətləndiriləcəklər. Belə ki, hər bir seminarın sonunda Kainat Tədris Mərkəzinin yaratdığı xüsusi nəzarət qrupunun müşahidələri əsasında iştirakçıların davamiyyəti, fəallığı, davranışı, nitqi, özünü ifadə etməsi, elmiliyi və dinamikliyi əvvəlcədən müəyyən olunmuş meyarlarla qiymətləndiriləcək.

Müstəqil Qiymətləndirmə Mərkəzinin keçirdiyi MİQ imtahanının nəticələri yoxlanıldıqdan sonra sertifikatlaşdırma prosesi (uğur sertifikatı və iştirak sertifikatı) baş tutacaq. Bu sertifikatlar ölkəmizdə fəaliyyət göstərən əsaslı təhsil müəssisələrində iş imkanı deməkdir.

Təlimçi və təlim mövzuları:
İlqar Ağakişiyev - Test tərtibi texnologiyaları və markerlik fəaliyyəti

Qeydiyyat üçün aşağıdakı formu doldurun:

Müraciətiniz qeydə alındı. Təşəkkür edirik
Bütün xanalar doldurulmalıdır.