Müəllimlərin İşə Qəbulu üzrə vakansiyaların elanı

Müəllimlərin işə qəbulu ilə bağlı əsas qaydalar və tarixlər aşağıda qeyd edilib:
I. SƏNƏD QƏBULU:
KAİNAT TM-ə işə qəbul olmaq istəyən namizədlər:
31 Avqust 2019-cu il tarixinədək onlayn rejimdə anket-ərizə formasını tam doldurmalıdırlar.
burada

  1. TEST İMTAHANI:
    Test imtahanı Kainat Tədris Mərkəzinin bütün filiallarında keçiriləcək və qeyd olunan istiqamətlər üzrə 50 ixtisas sualından ibarət olmaqla 1.5 saat davam edəcək. Şifahi müsahibədə iştirak etmək üçün namizəd test imtahanından minimal olaraq 40 suala düzgün cavab yazmalıdır;

Test imtahanın keçirilmə tarixi: 31 avqust 2019
Test imtahanın keçirilmə saatı: 10:00

III. ŞİFAHİ MÜSAHİBƏ
Tələb olunan minimal şərti ödəyən namizədlər şifahi müsahibədə iştirak etmək üçün müəyyən edilmiş tarixlərdə KAİNAT TM-ə dəvət olunacaqlar. Rəhbərlik və peşəkar mütəxəssislər tərəfindən ümumi dünyagörüşü, ünsiyyətqurma bacarığı və vəzifəyə uyğunluğu müəyyən ediləcək.
IV. AÇIQ DƏRS
Şifahi müsahibədə seçilmiş namizədlər Açıq dərsin keçirilməsinə dəvət olunacaqlar.
Müəllimlərin işə qəbul prosesində Açıq dərsi müsbət nəticələnən namizədlər dəvət olunan tarixdə diplomun surəti, şəxsiyyəti təsdiq edən sənədin surəti və 2 ədəd fotoşəkil ilə mərkəzə yaxınlaşmalıdırlar.