Gələcəyini Qur layihəsinə qeydiyyat başladı.

*"Gələcəyini Qur!" nədir?*
"Gələcəyini Qur!" gənclərin inkişafına yönəlmiş təhsil təqaüdü proqramıdır.
*"Gələcəyini Qur!" gənclərə nə verir?*
✅bir il ərzində ödənişsiz hazırlıq və sınaq imtahanları
✅inkişafetdirici fəaliyyətlər
✅psixoloji dəstək
✅ixtisas seçimi
*Layihəyə şagirdlərin seçimi hansı meyarlar üzrə aparılır?*
?yüksək intellektual potensial
?inkişaf etmə və təhsil alma həvəsi
?ailənin sosial durumu (Layihə aztəminatlı ailələrdən olan şagirdlər üçündür)
*Seçim prosesində kim iştirak edə bilər?*
Hazırda Azərbaycan bölməsi üzrə 10-cu sinifdə təhsil alan şagirdlər
*Qeydiyyat üçün son tarix:*
15 iyun 2023-cü il
*Layihənin əhatə etdiyi ərazilər:*
?Bakı: bütün rayonlar (Binəqədi, Qaradağ, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Suraxanı, Səbail, Xətai, Xəzər, Yasamal)
?Regionlar: Salyan, Gəncə, Sabirabad, Kürdəmir, Şirvan, Yevlax, Zaqatala
?Abşeron rayonu
?Sumqayıt
*VACİB:* "Gələcəyini Qur!" təhsil təqaüdü proqramıdır. Proqram çərçivəsində yalnız təhsil xərcləri qarşılanır (nəqliyyat xərcləri qarşılanmır).
?*QEYDİYYATdan keçmək üçün linka daxil olun*
https://bit.ly/qeydiyyat2023