Elçin Bədirov

Elçin Bədirov

Bədirov Elçin Rəcəb oğlu 1988-ci il oktyabırın 11-də Zaqatala rayon Əliabad qəsəbəsində anadan olmuşdur. 1994-2005-ci illərdə Əliabad qəsəbə 2 saylı tam orta məktəbində orta təhsilini almışdır. 2005-ci ildə həmin məktəbi bitirərək həmin ildə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. 2009-cu ildə məzun olaraq 2010-cu ilədək hərbi xidmət etmişdir. 2010-cu ildə özünün təhsil aldığı Əliabad qəsəbə 2 saylı tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi olaraq işə başlamışdır. 2022-ci il iyun ayınadək Kainat Tədris Mərkəzinin Zaqatala filialında çalışmışdır.

Çox təəssüf ki, 2022-ci il iyun ayının 13-də dəyərli müəllimimiz vəfat etdi. Kainat ailəsi adından müəllimimizin ailəsinə başsağlığı verir, Allahdan səbir diləyirik!