Usubov Eldar

 Usubov Eldar

Usubov Eldar Usubəli oğlu 15.02.1961-ci ildə Azərbaycan Respublikası Kürdəmir rayonunun Pirli kəndində anadan olmuşdur. 1969-1977-ci illərdə Pirli kənd 8 illik məktəbində, 1977-1979-cu illərdə Bakı şəhəri 1 saylı Fizika-Riyaziyyat təmayüllü İnternat məktəbinin Riyaziyyat sinfində təhsil almışdır. 1979-1984-cü illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) Tətbiqi Riyaziyyat fakültəsində təhsil almış və riyaziyyatçı ixtisasına yiyələnmişdir. 1984-cü ildə 2 aylıq hərbi xidmətdə olub (ehtiyatda olan zabit). 1984-2012-ci illərdə Pirli kənd orta məktəbində Riyaziyyat və İnformatika müəllimi işləmişdir. 2012-ci ildən Kürdəmir şəhər 2 saylı məktəb-liseyində Riyaziyyat müəllimi işləyir. 2012-2016-cı illərdə Hədəf kurslarında işləmişdir. 2017-ci ildən isə Kainat Tədris Mərkəzinin Kürdəmir filialında Riyaziyyat müəllimi kimi fəaliyyət göstərir. 2016-cı ildən Kürdəmir RTŞ-nin Riyaziyyat bölməsinin rəhbəri kimi fəaliyyət göstərir. 2019-cu ildən Dövlət İmtahan Mərkəzi ilə (marker müəllim) əməkdaşlıq edir.