Almaz Rzayeva

Almaz Rzayeva

Rzayeva Almaz Qarakişi qızı 05.12.1952-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. 1961-1970-ci illərdə Kürdəmir rayon T.İsmayılov adına 1 saylı tam orta məktəbində, 1971-1975-ci illərdə Xarici Dillər Universitetinin İngilis dili fakültəsində bakalavr təhsili almışdır. 1975-1976-cı illərdə Ərəbxana kənd tam orta məktəbində İngilis dili müəllimi, 1976-1977-ci illərdə şəhər 1 saylı tam orta məktəbində azad komsomol təşkilat katibi, 1978-2018-ci illərdə şəhər 1 saylı tam orta məktəbdə İngilis dili müəllimi vəzifəsində çalışmışdır. 2021-ci ildən Kainat Tədris Mərkəzinin Kürdəmir filialında İngilis dili müəllimi vəzifəsində çalışır.