Nəsrullayev Vaqif

 Nəsrullayev Vaqif

Nəsrullayev Vaqif Şaban oğlu 16.09.1961-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1968-1978-ci illərdə Şəki şəhər 10 saylı tam orta məktəbində, 1978-1983-cü illərdə Azərbaycan Pedoqoji İnstitutunda təhsil almışdır. 1986-1993-cü illərdə Şəki Texniki Kollecində müəllim işləmişdir. 1995-2002-ci illərdə Standartlaşdırma komitəsinin Şəki nəzarət şöbəsində mütəxəssis işləmişdir. 2002-2018-ci illərdə Şəki şəhər 10 saylı tam orta məktəbində Fizika müəllimi olaraq fəaliyyət göstərmişdir. 2008-2016-cı illərdə Şəki hazırlıq kursunda müəllim işləmişdir. 2018-ci ildən Bakı şəhər 102 saylı tam orta məktəbində Fizika müəllimi olaraq fəaliyyətini davam etdirir. 2019-cu ildən etibarən Kainat Tədris Mərkəzində Fizika müəllimi olaraq fəaliyyət göstərir.