Hadiyeva Aytən

 Hadiyeva Aytən

Hadiyeva Aytən Nazim qızı 30.04.1992-ci il tarixində Neftçala rayonu Bankə qəsəbəsində doğulub. İbtidai təhsilini Neftçala rayon Bankə qəsəbəsi Ə.Cəfərov adına 1 saylı tam orta məktəbində alıb. 2009-cu ildə orta təhsilini Binəqədi rayonu Sulutəpə qəsəbəsi 313 saylı tam orta məktəbində başa çatdırıb. 2009-cu ildə ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinə qəbul olub. 2013-cü ildə eyni universitetdən Tarix müəllimliyi ixtisası üzrə məzun olmuşdur. 2019-cu ildə Kainat Tədris Mərkəzinin keçirdiyi imtahanlardan uğurla keçərək, 2019-cu ilin sentyabr ayından etibarən Kainat Tədris Mərkəzinin Lökbatan filialında Tarix müəllimi kimi fəaliyyət göstərməkdə davam edir .