Pərvanə Xəlilova

Pərvanə Xəlilova

Xəlilova Pərvanə İlham qızı 1989-cu il dekabrın 2-də Zaqatala rayon Aşağı Tala kəndində anadan olmuşdur. 1996-cı ildə Zaqatala rayonunun Aşağı Tala kənd 5 saylı tam orta məktəbinin 1-ci sinfinə başlamışdır. 2007-ci ildə Aşağı Tala kənd 1 saylı tam orta məktəbinin 11-ci sinfini bitirmişdir. Həmin il Bakı Dovlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinə qəbul olmuş, 2011-ci ildə məzun olmuşdur. 2012-ci ildən etibarən Zaqatala şəhəri Humanitar fənlər gimnaziyasinda Riyaziyyat müəllimi kimi işə qəbul olunmuşdur. 2012-ci ildən repititorluq fəaliyyəti ilə məşğuldur. 2017-ci ildən etibarən mərkəzimizdə Riyaziyyat fənnini tədris edir.