Mirzəyeva Sevinc

Mirzəyeva Sevinc

Mirzəyeva Sevinc Sabir qızı 1987-ci ildə Bakı şəhərində anadan olmuş, 1992-ci ildə Bakı şəhəri, 53 nömrəli məktəbin 1-ci sinfinə daxil olmuşdur. 1996-cı ildə Zaqatala şəhəri Ş.Qurbanov adına 3 nömrəli orta məktəbə yerdəyişmə etmişdir. 2004-cü ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olmuş, 2009-cu ildə həmin universiteti bitirmişdir. İşlədiyi müddətdə 2013-cü ildə, Xəmsə intellektual oyunundaki fəal iştirakıma görə Zaqatala rayon Gənclər və İdman İdarəsi tərəfindən Fəxri fərmanla təltif edilmişdir. 2015-ci ildə isə hazırladığı şagird Biologiya fənn olimpiadasında 1-ci yeri qazandığına görə Zaqatala rayon Təhsil Şöbəsi tərəfindən Fəxri fərmanla təltif edilmişdir. 2009-cu ildən bəri Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbində fəaliyyət göstərir.