Əzizova Nərmin - Qarayev filialının rəhbəri

Əzizova Nərmin - Qarayev filialının rəhbəri

Əzizova Nərmin Yalçın qızı 06.11.1999-cu ildə Bakı şəhəri Suraxanı
rayonunda anadan olmuşdur. 2006-2017-ci illər ərzində Suraxanı rayonu Q.Qəhrəmanov adına 65
nömrəli tam orta məktəbdə təhsil almışdır. 2017-2022-ci illər ərzində Bakı Dövlət Universitetinin
Kitabxanaçılıq-İnformasiya fakültəsinin "Sənəd və İnformasiya texnologiyaları" ixtisası üzrə təhsil almışdır.
2017-2022-ci illər ərzində Kainat Tədris Mərkəzinin Həzi Aslanov və Qarayev filiallarında qeydiyyatçı-
menecer vəzifəsində fəaliyyət göstərmişdir. 2022-ci ildən etibarən isə Kainat Tədris Mərkəzinin Qarayev
filialının rəhbəri vəzifəsində fəaliyyət göstərir..