Alcanov Rəşad

Alcanov Rəşad

Alcanov Rəşad İdris oğlu 11.06.1982-ci ildə Qobustan rayonunun Sündü kəndində anadan olmuşdur. 1989-1999- cu illərdə Milli qəhrəman Şikar Şikarov adına Sündü kənd tam orta məktəbində təhsil almış 2000-2002-ci illərdə hərbi xidmətdə olmuşdur. 2002-2007-ci illərdə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsində təhsil almış həmin ildə Qaradağ rayon Qobustan qəsəbəsində yerləşən 195 nömrəli tam orta məktəbdə tarix müəllimi kimi pedaqoji fəalliyyətə başlamışdır. 2016-cı ildə potensial məktəb direktorları kursunu bitirib 184 nömrəli məktəbə direktor təyin olmuşdur, 06.09.2018 tarixindən 01.10.2019 tarixinədək 228 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışmış, 1 noyabr 2019 - cu il tarixindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil sektorunun böyük məsləhətçisi vəzifəsində çalışır. 2012 - ci ildən Kainat Tədris Mərkəzinin Sahil filialının rəhbəri vəzifəsində çalışır.