Nəbiyev Ramin

Nəbiyev Ramin

Nəbiyev Ramin Rəhim oğlu 1980-ci ilin yanvar ayının 8-də Laçın rayonunun mişni kəndində anadan olmuşdur. 1987-1997-ci illərdə Tərtər rayon X.Əzimov adına Qaynaq kənd tam orta məktəbində, 2001-2002-ci illərdə Kainat Tədris Mərkəzində təhsil almış və buranı bitirdikdən sonra 2002-ci ildə Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinə daxil olmuşdur. 2006-cı ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirib Tərtər şəhər İcra nümayəndəliyində əmək fəaliyyətinə başlamışdır. Qısa müddət orada işlədikdən sonra 2007-ci ilin mart ayından Tərtər şəhər Qaz İstismar İdarəsində mühasib köməkçisi işləmişdir. 2007-ci ilin dekabr ayından V.F.Azərkredit MMC Bank olmayan kredit təşkilatının Tərtər filialında çalışmağa başlamış və 2018-ci ilin mart ayına qədər bu təşkilatda aparıcı mütəxəssis, baş mütəxəssis və şöbə müdiri vəzifələrində çalışmışdır. 2014-cü ildə Kainat Tədris Mərkəzinin Tərtər filialının yaradıcılarından biri olmuşdur. 2017-ci ildən isə Kainat Tədris Mərkəzinin Yevlax filialının rəhbəri vəzifəsində çalışır.