Abbasova Fatma - Ucar filialının rəhbəri

Abbasova Fatma - Ucar filialının rəhbəri

Abbasova Fatma Əlislam qızı.15.03.1981-ci ildə Ucar rayon Qazyan kəndində anadan olmuşdur.1987 ci ildə Qazyan kənd 1 nömrəli tam orta məktəbə daxil olub,1998 ci ildə həmin məktəbi bitirib .1998 ci ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə daxil olub,2002 cu ildə bakalavr, 2004 cü ildə isə elə həmin ixtisasın magistr pilləsini əla qiymətlərlə bitirib.Qazyan kənd 1 nömrəli və Ucar şəhər 2 nömrəli məktəbdə Coğrafiya müəllimi vəzifəsində çalışıb. 2018 ci ildən Ucar şəhər N.Gəncəvi adına 3 nömrəli məktəbdə Coğrafiya müəllimi vəzifəsində çalışır. Həmçinin kurikulum təlimçisidir .İşlədiyi dövrdə Təhsil Nazirliyinin Fəxri fərmanı və Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Tərəqqi medalı ilə təltif olunub. 2018 ci ildə Kainat Tədris Mərkəzində Coğrafiya müəllimi kimi fəaliyyət göstərib. 2023 cü ildən Kainat Tədris Mərkəzinin Ucar filialının Rəhbəri vəzifəsində çalışır. Ailəlidir, 3 övladı var