"Gələcəyini qur" Gəncliyə Dəstək Layihəsi

 

        Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaq məqsədini daşıyan "Gələcəyini qur" Gəncliyə Dəstək Layihəsi artıq 2-ci mərhələsini tamamlamışdır.

        Xatırladaq ki, Bakı şəhərinin Qaradağ və Binəqədi rayonları üzrə az təminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin seçimi 65 məktəb üzrə 500 nəfərdən çox şagird arasında olmuşdur. Müsahibə və sınaq imtahanının nəticələrinə əsasən 162 şagird Layihənin 3-cü seçim mərhələsində iştirak etməyə vəsiqə qazanmışdır.

      10 May 2014-cü il tarixdə, "Gələcəyini Qur" Gəncliyə Dəstək Layihəsinin işçi heyəti, "Kainat" Tədris Mərkəzinin Nərimanov rayonu, Lökbatan qəsəbəsi və Sahil qəsəbəsində yerləşən şöbələrində qalib şagirdlər və onların valideynləri ilə görüş keçirmişlər. Görüş zamanı növbəti mərhələ haqqında məlumat verilmiş, şagirdlərə bir aylıq dərs cədvəlləri təqdim olunmuş, valideyn və şagirdlərin suallarına cavab verilmişdir.

       Qeyd edək ki, III mərhələyə seçilmiş 50 nəfər şagird 1 il ərzində pulsuz ali məktəbə hazırlaşacaqlar.