Olimpiada

         ALİ MƏKTƏB TƏLƏBƏLƏRİNİN

II ÜMUMRESPUBLİKA MƏNTİQ OLİMPİADASI

        

       Ali Məktəb Tələbələrinin II Ümumrespublika Məntiq Olimpiadası Kainat Tədris Mərkəzinin Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə layihəsi əsasında keçirilmişdir. Məntiq Olimpiadasında 2200 tələbə iştirak etmişdir. Olimpiadada Azərbaycanın bütün dövlət və özəl universitetlərinin tələbələri iştirak etmişdir.

       Olimpiadanın I mərhələsi 28 aprel 2013-cü ildə 3 mərkəzdə: Bakıda-Azərbaycan Dövlət İqtisad Universitetinin binasında, Gəncədə və Naxçıvanda keçirilmişdir. 222 tələbə olimpiadanın I turunda yüksək nəticə göstərərək final mərhələsinə vəsiqə qazanmışlar.

       Olimpiadanın Final mərhələsi 12 may 2013-cü ildə Kainat Tədris Mərkəzində keçirilmişdir.

I yer - Azərbaycan Dövlət İqtisad Universitetinin IV kurs tələbəsi Qurbanov Ceyhun Cəbrayıl oğlu I turda 61 bal, II turda 66 bal toplayaraq Türkiyənin İstanbul Şəhər Universitetində Magistr təhsili + Diplom + 1 il müddətində Kainat Tədris Mərkəzinin xidmətlərindən pulsuz istifadə kartı və Bakı Paintbol Mərkəzindən hədiyyə kartı qazanmışdır.

II yer – Azərbaycan Dövlət Neft Akademiyasının III kurs tələbəsi Əliyev Elgiz Akif oğlu I turda 43 bal, II turda 65 bal toplayaraq Diplom +Noutbuk + 1 il müddətində Kainat Tədris Mərkəzinin xidmətlərindən pulsuz istifadə kartı və Bakı Paintbol Mərkəzindən hədiyyə kartı qazanmışdır.

III yerlər –    I. Azərbaycan Dövlət Neft Akademiyasının  III kurs tələbəsi Məhərrəmli Elmin      Mehman oğlu I turda 53 bal, II turda 63 bal toplayaraq Diplom + Netbuk + 1 il müddətində  Kainat Tədris Mərkəzinin xidmətlərindən pulsuz istifadə kartı və Bakı Paintbol Mərkəzindən hədiyyə kartı qazanmışdır.

                       II. Azərbaycan Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi Əlili Orxan Razim oğlu I turda 52 bal, II turda 60 bal toplayaraq Diplom + Planşet + 1 il müddətində  Kainat Tədris Mərkəzinin xidmətlərindən pulsuz istifadə kartı və Bakı Paintbol Mərkəzindən hədiyyə kartı qazanmışdır.

                        III. Azərbaycan Dövlət İdarəçilik Akademiyasının IV kurs tələbəsi Musayeva Fəridə Mehman qızı I turda 61 bal, II turda 60 bal toplayaraq Diplom + DVD player + 1 il müddətində  Kainat Tədris Mərkəzinin xidmətlərindən pulsuz istifadə kartı və Bakı Paintbol Mərkəzindən hədiyyə kartı qazanmışdır.

 

10 nəfər Sertifikat + 1 il müddətində Kainat Tədris Mərkəzinin xidmətlərindən 75%-lə istifadə  kartı +  Bakı Paintbol Mərkəzindən hədiyyə kartı qazanmışdır.

29 nəfər Sertifikat + 1 il müddətində Kainat Tədris Mərkəzinin xidmətlərindən 50%-lə istifadə kartı + Bakı Paintbol Mərkəzindən hədiyyə kartı qazanmışdır.

41 nəfər Sertifikat + 1 il müddətində Kainat Tədris Mərkəzinin xidmətlərindən 30%-lə istifadə kartı qazanmışdır.

Olimpiadada iştirak edən hər bir tələbə 1 il müddətində Kainat Tədris Mərkəzinin xidmətlərindən 10%-lə istifadə kartı qazanmışdır.

 

Ünvan: Təbriz küçəsi 85D ("Nərimanov" metrosunun yaxınlığı), AZ1072,


Tel: (012) 555 90 70, (012) 465 90 70, (050) 647 90 70, (055) 247 90 70