MBA (Master of Business Administration) – menecmentdə (idarəetmədə) ixtisas dərəcəsidir. Çox vaxt bu abreviaturadan dərəcənin göstərilməsi üçün deyil, həm də dərəcə almaqdan ötrü tədris proqramları üçün də istifadə olunur. MBA ixtisası dedikdə, orta və yüksək manqanın rəhbərinin işini yerinə yetirməsi bacarığı başa düşülür. Adətən MBA proqramı üzrə tədris dövrü bir ildən iki ilə qədər vaxt aparır.

      MBA dərəcəsi bir sıra üstünlüklər verir:

● Biznesin müxtəlif sahələrində: maliyyə, marketinq, sahibkarlıq, menecment kimi sahələrində dərin

təcrübi biliklər almağa imkan verir;

● Xarici ölkədə uğur qazanmış menecerlərin arasında 2 ilə qədər qalmaq və təhsil aldıqdan sonra orada

işləmək imkanı;

● Bütün dünyada dəyərli biznes-əlaqələr qurmaq imkanı;

● Köklü surətdə peşəni dəyişmək imkanı;

● Beynəlxalq miqyasda karyera qurmaq və nəhəng korporasiyalardan birinə rəhbərlik etmək;

● Şəxsi işini genişləndirmək və biznesin qlobal görüntülərini əldə etmək imkanı;

● Biznes-məktəblərdə mühazirələr oxuyan Nobel laureatlarının mühazirələrini dinləmək və onlardan

öyrənmək imkanı;

● Öz inkişafına əlverişli investisiyalar qoymaq imkanı və s.
 

Qeydiyyatdan keçmək üçün adınızı, soyadınızı və seçdiyiniz qrupu mesaj vasitəsi ilə (055) 247 90 70 nömrəsinə göndərmək lazımdır.