Əziz abituriyentlər,şagirdlər və valideynlər !

     Kainat Tədris Mərkəzində abituriyent hazırlığı TQDK-nın qəbul proqramı əsasında, ixtisas qrupları üzrə aparılır. Hal-hazırda Kainat Tədris Mərkəzinin əlavə olaraq Lökbatan, Sahil və Salyan filialları fəaliyyət göstərir. Kursumuzun müəllimləri savadlı, öz sahələrində peşəkardırlar. 

   Hər ayın sonunda mövzu sınaqları keçirilir və sınağın nəticələri valideynlərlə müzakirə olunur.  Həftə sonları hər fənn üzrə keçirilmiş mövzulara uyğun olaraq kuizlər keçirilir və bunu keçirməkdə əsas məqsəd keçirilmiş mövzuların mənimsənilmə səviyyəsini müəyyənləşdirməkdir. Əgər şagird mövzunu yaxşı mənimsəməyibsə əlavə dərslər təyin olunur.  Şagirdin dərsə davamiyyətinə nəzarət olunur və valideynlər mütəmadi olaraq məlumatlandırılır. 

   Hər ay şagirdlərin valideynlərinə məktub göndərilir. Məktubda şagirdin dərsə hazırlığı, test tapşırıqlarının yerinə yetirilməsi, kuizlərin nəticələri, keçirilmiş mövzu sınaq imtahanlarının  nəticələri öz əksini tapır. 

   Mövzu sınaqlarından əlavə, mart ayından etibarən ümumi sınaqlar təşkil olunur. Ümumi sınaqların keçirilməsində məqsəd abituriyentlərin Qəbul imtahanında hazırlıq səviyyələrini müəyyənləşdirməkdir. 

Dərs bölgüsünə aşağıdakı cədvəldə baxa bilərsiniz :

 

     X-XI siniflər

    VIII-IX siniflər

   Texnikum

   Dərs saatı (həftədə)

  18 saat

  12 saat

  8 saat

   Müddət

  10 ay

  9 ay

  9 ay

    Dərs bölgüsü

   Əsas fənn-5saat, II fənn-    4saat,digər 3 fənn-3saat

   Riyaziyyat-5saat, ingilis-dili-  4 saat, Azərbaycan dili-3 saat

  Riyaziyyat-5 saat, Azərbaycan dili-3   saat.

 


Bəxtiyarova Gülnarə (X sinif)
  

Ali məktəbə qəbul olmaq hamı kimi mənim də ən böyük istəklərimdən biridir. Bunun üçün çox çalışmağımla birlikdə mənə yol göstərən və mənim istəyimə nail olmağıma kömək edən müəllimlər də olmalıdır. Ona görə də mən çox araşdırdım və mənə kursların kömək olacağına qərar verdim. Çünki, həm zamanımın, həm də fiziki gücümün çatacagına inandım. Mən Kainat kursunu bacımın sayəsində tanıdım və müraciət etdim,heç də peşman olmadım. Buradaki təhsilin səviyyəsi məni çox qane edir. Bizim müəllimlərimiz  lazimi bilikləri əldə etməmiz üçün əllərindən gələni əsirgəmirlər.Onlar həmçinin bizə imtahanda vaxtı necə bölməyimizə,imtahan stressini necə yenməyimizə dair məsləhətlər verirlər. Kursun digər yaxşı cəhəti odur ki, burada tez-tez sınaq imtahanları keçirilir və bunların sayəsində biz nələri bilmədiyimizi öyrənir və müəllimlərin köməyi ilə bunları aradan qaldırırıq. Mən inanıram ki, Kainat kursunun köməyilə istədiyim nəticəni əldə edə biləcəm...

 

Şükürova Ülviyyə (Xsinif)

    Mən keçən il "Kainat" kursunun qəbul imtahanında iştirak etdim və valideynlərimin məsləhəti ilə bu kursa yazıldım. Artıq bir ilə yaxındır ki, bu kursda təhsil alıram. Burada şagirdlərin dərsə davamiyyətinə və təlim-tərbiyəsinə xüsusi diqqət yetirilir. Gənc, təcrübəli və müasir kadrların kursa cəlb edilməsi burada təhsilin yüksək səviyyədə olmasına zəmanət verir. Başda kursun müdiriyyəti olmaqla bütün müəllim heyətinin şagirdlərə diqqəti və qayğısı danılmazdır. Burada müəllim-şagird münasibətlərinin düzgün qurulması, rəhbərliyin dərslərə şəxsi nəzarəti, dərs saatlarının nizamlı olması kursun müasir tələblərə cavab verdiyini göstərir. Şagirdlərin bilik səviyyəsini yoxlamaq üçün ay sonunda sınaqların təşkili, abituriyentlərin pulsuz "Kainat" nəşrləri ilə təmin olunması diqqətə layiqdir. Mən və qrup yoldaşlarım ay sonunda keçirilən sınaqlarda iştirak edirik. Sınaqlarda göstərdiyim nəticələr isə qənaətbəxşdir. İstər  mən, istərsə də qrup yoldaşlarım və ailəm bu kursda tərtib olunan proqramdan razıyıq. Ümumiyyətlə burada hər kəs: müəllimlər və tələbələr böyük "Kainat ailəsi"dir. Sevinirəm ki, mən "Kainat ailə"sinin bir üzvüyəm. Özümə və bütün abituriyentlərə gələcək imtahanlarda müvəffəqiyyətlər arzulayıram.  

 

Zakirli Şahanə (Xsinif)

     Hamı kimi mən də yüksək savada və biliyə yiyələnmək istəyirəm. Bakı şəhərində bir neçə kurs fəaliyyət göstərir. Bu kurslar arasında ən çox səs-səda salan bir kursun adını çox eşitdim. Bu kurs Nərimanov rayonunda fəaliyyət gostərən Kainat kursudur. Hər il bu kursdan onlarla abituriyentin yüksək bal ilə universitetlərə qəbul olduğunu eşitdim. Belə qərara gəldim ki,mən də bu kursda təhsil almalıyam . Və beləliklə bir ildir ki, həmin kursda təhsil alıram. Təhsildən başqa müəllimlərin şagirdlərə olan isti münasibətləri xüsusi qeyd olunmalıdır. Təhsilin səviyyəsinə gəldikdə isə cox yüksək səviyyədə dərslər keçirilir. Müəllimlərimizin və valideynlərimizin başını uca tutmaq isə biz şagirdlərin öhdəliyinə düşür. Müəllimlərin verdikləri tapşırıqları gündəlik öyrənmək,öyrənə bilmədiklərimizi  isə müəllimlərlə birgə çalışmaq üçün kursda çox böyük şərait yaradılmışdır. Kursumuzda hər ay sınaq imtahanları keçirilir. Bu da bizim nələrin doğru, nələrin yanlış olduğunu öyrənməyimizə köməklik edir. Həftə sonları bütün fənlər üzrə kuizlər keçirilir. Abituriyentlərin oxumaq səviyyəsi haqqında hər ay valideynlərə məlumat verilir və abituriyentlərlə birlikdə iclaslar keçirilir. Ən başlıca isə bunu qeyd etmək lazımdır ki, Kainat kursunda magistraturaya hazırlıq yüksək səviyyəyə çatmışdır. Və hər il onlarla tələbə magistr adına yiyələnmişlər.Bu da kursun üç il ardıcıl olaraq Azərbaycanda birinci yerə layiq görülməsinə səbəb olmuşdur. Biz həmişə çalışmalıyıq ki, vətənimizə, xalqımıza yararlı və savadlı bir övlad olaq.